Berlində şahmat tacına iddiaçıların turniri davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, bu gün baş tutan XII turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinqlə qarşılaşıb.
İlk dövrədə qara fiqurlarla çinli rəqibi ilə heç-heçə edən həmyerlimiz bu dəfə ağ fiqurlarla oynayıb. Liderlər qrupunda qərarlaşan həmyerlimiz gözlənilmədən rəqibinə məğlub olub.
Turnirin lideri Fabiano Karuana da Sergey Karyakinə uduzub. Bununla da yarışın turnir cədvəlində şərikli liderlik yaranıb. Karuana ilə Karyakinin 7 xalı var. Şəhriyar Məmmədyarov, Liren Dinq və Aleksandr Qrişuk isə 6,5 xalla onları izləyir. Erməni Levon Aronyan isə 4 xalla sonuncudur.
S.T.
www.ÇıxışYolu.Com