Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2018” superturnirində ilk tura start verilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib.
Qarşılaşma 50-ci gedişdən sonra “sülh”lə yekunlaşıb – 0,5:0,5.
Hazırda Veselin Topalov (Bolqarıstan) – Teymur Rəcəbov (Azərbaycan), Aniş Giri (Hollandiya) – Sergey Karyakin (Rusiya), Dinq Liren (Çin) – Radoslav Voytaşek (Polşa), David Navara (Çexiya) – Rauf Məmmədov (Azərbaycan) görüşləri davam edir.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov ikinci turda polşalı Radoslav Voytaşeklə qarşılaşacaq.