Bu gün Berlində şahmat tacı uğrunda gedən oyunlarda 10-cu turun oyunları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə üz-üzə gəlib. Amerikalı rəqibinə qarşı ağ fiqurlarla oynayan Məmmədyarovun görüşü heç-heçə nəticələnib.
Bu şahmatçıların ilk dövrədəki duelində də bərabərlik qeydə alınmışdı.
Turnir cədvəli: Karuana – 6,5 xal; Məmmədyarov – 6; Qrişuk – 5,5; Dinq, Karyakin – 5; Kramnik – 4,5; So – 4; Aronyan – 3,5