Xarici işlər naziri Elmar Məmmədyarov 15 may tarixində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
Bu barədə ÇıxışYolu.Com-a açıqlamasında XİN-nin mətbuat katibi Hikmət Hacıyev deyib.
Görüş zamanı Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığını nəzərə alaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyini qeyd olunub.
Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.
Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.