Məmmədyarov Kramniklə heç-heçə oynadı

Məmmədyarov Kramniklə heç-heçə oynadı

Baxış sayı: 3. 496 dəfə baxılıb.

Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirinin 14-cü turunda Şəhriyar Məmmədyarov rusiyalı qrossmeyster Vladimir Kramniklə üz-üzə gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, gərgin keçən partiyada tərəflər bərabərliyə razılaşıb.

Paralel keçirilən partiyada isə Aleksandr Qrişuk və Fabiano Karuana arasında mübarizə davam edir. Amerikalı şahmat ustası qələbəyə daha yaxındır.

Hal-hazırda Karuana, Karyakin və Şəhriyarın aktivində hərəsinə 8 xal var.  Karuananın partiya başa çatdıqdan sonra liderliyə yüksələcəyi gözlənilir.

www.ÇıxışYolu.Com