Berlində şahmat üzrə İddiaçılar turnirinin dördüncü turu yekunlaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, turnirdə iştirak edən azərbaycanlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib.
Partiya heç-heçə başa çatıb. Hazırda aktivində 2,5 xal olan Azərbaycanlı 33 yaşlı şahmatçı turnir cədvəlində Kramniklə ikinci yeri bölüşür.
Yarışın beşinci turu martın 15-də keçiriləcək.
Partiyalar Bakı vaxtı ilə 18.00-da başlayacaq:
Din Lijen (Çin) – Şəhriyar Məmmədyarov (Azərbaycan)
Levon Aronyan (Ermənistan) – Aleksandr Qrişuk (Rusiya)
Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya)
Uesli So (ABŞ) – Vladimir Kramnik (Rusiya)