Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, mayın 15-də Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub:
“Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq”.