Bu gün Fransanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, hazırda Fransanın xarici işlər naziri Jan-İv Lö Drianın Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşü keçirilir.
Nazirlər arasında hazırda təkbətək görüşdən sonra geniş tərkibdə görüş olacaq.
Jan-İv Lö Drianındigər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.
Qeyd edək ki, artıq E. Məmmədyarovla fransalı həmkarının görüşü başlayıb və görüşün yekunu olaraq, nazirlər birgə mətbuat konfransı keçirəcəklər.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com