c1beaa86-81f3-4c6b-ba6d-f7a524f14aab..jpg

Məmura xəsarət yetirən şəxslər həbs edildilər – TƏFƏRRÜAT

Baxış sayı: 518 dəfə baxılıb.

Məmura xəsarət yetirən şəxslər həbs edildilər – TƏFƏRRÜAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə narkotik və digər maddələrlə ittiham edilən Rüfət Zaitov və
İsmayıl İsmayılovun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə
baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə
azadlıqdan məhrum edilib.

Qeyd edək ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata
keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində
Cəlilabad rayonu ərazisində külli miqdarda narkotik vasitə və psixotrop
maddənin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması və daşınmasında,
habelə polis əməkdaşına müqavimət göstərməkdə şübhəli bilinən şəxslər tutularaq
məsuliyyətə cəlb olunublar.

Belə ki, Bakı şəhəri sakinləri – Rüfət Raufoviç Zaitov, İsmayıl Mədət oğlu
İsmayılov və qeyrilərinin mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında
birləşib külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədilə
qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlmələri
barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu məlumat əsasında
2020-ci il martın 21-də gecə saat 2 radələrində təşkil olunmuş əməliyyat
tədbirində iştirak edən polis əməkdaşı xidməti vəzifələrini yerinə yetirib
onlara özlərini təqdim edib təslim olmalarını tələb edib. Bu zaman cinayət
məsuliyyətindən yayınmaq məqsədilə Rüfət Zaitovun polis əməkdaşına xəsarət
yetirərək İsmayıl İsmayılovun idarə etdiyi avtomobillə uzaqlaşmağa cəhd edərkən
xidməti silah tətbiq edilməsi nəticəsində Rüfət Zaitovun sağ ayağın güllə
yarası, İsmayıl İsmayılovun isə döş qəfəsinin güllə yarası xəsarətləri
almalarına baxmayaraq, ərazidən avtomobillə qaçıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış
tədbiri nəticəsində onlar paytaxtın Qaradağ rayonu ərazisində saxlanılıblar.

Fakta görə 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri
əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə), 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri,
psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli
miqdarda törədildikdə) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət
göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Source link