“Mən buradayam, ilahi” filminin nümayişi olub – FOTO
Şəhid və qazi ailələri üçün “Mən buradayam, ilahi” filminin nümayişi baş tutub.
Cixisyolu.com xəbər verir ki, filmin aktyor heyətində Rasim Cəfər, Aygün Əlipənahova,
Günay Həsən, Ayşad Məmmədov və Leyli Vəliyeva kimi tanınmış simalar yer alıb.
Filmin prodüseri Həsən Axundov, operatoru Vasif Vəlizadə, bəstəkarı Azər
Hacıəsgərlidir.
Qeyd edək ki, “Mən buradayam, ilahi!” bədii filmi 2023-cü ildə Azərbaycan
Kinematoqrafçılar İttifaqının “Ən yaxşı prodüser işi” (Nicat Dadaşov və Həsən
Axundov) kateqoriyasında ənənəvi illik mükafatına layiq görülüb. Azərbaycan
Kinematoqrafçılar İttifaqı sözügedən filmə informasiya dəstəyi və maliyyə
dəstəyi də göstərib.
Nəzrin Vahid