23be54e1-0a5b-4b39-86af-e4e925963b5c.jpg

“Məndən pul alıb, saxta sənədlər verdilər” – Sevdaya qarşı dələduzluq

Baxış sayı: 218 dəfə baxılıb.

Əməkdar artist Sevda Ələkbərzadə illər əvvəl dələduzluğa məruz qalmasından
danışıb.

Bu barədə o, jurnalist Pərviz Hüseynin “Pərvizə görə” verilişində açıqlama
verib.

Sevda deyib ki, babası, Xalq yazıçısı Əblühəsən Ələkbərzadəyə ev muzeyi
hazırlatmaq üçün aldığı torpaq qanunsuz şəkildə başqasına satılıb:

“Məni aldatdılar. Babam üçün ev muzeyi istəyirdim. Bunu da öz gücümlə edə
bilməzdim. Basqala üz tutdum, 15-20 ilin söhbətidir. Məndən pul istədilər. Mən
də yığdım, 2000 manat idi, ödədim. Mənə kağızlar verdilər. O işdən başım
çıxmadığı üçün, kağızı götürdüm, çox sağ olun deyib getdim. Orada ev tikməyə
imkanım olmadı, torpağımdır da qalıb, deyə düşündüm. İllər keçdi, gördüm ki, o
yeri kiməsə satıblar, orada ev tikiblər. Demə, mənə verilən kağızlar da düz
deyilmiş. İndi deyirəm, utansın. Onda İsmayıllının icra başçısı məni qəbul
etdi, getdim dedim ki, məni aldadıblar. Bizi qəbul etdi, dedi ki, kim aldadıb.
Söylədim ki, qarşımda oturan şəxs. İnanmazsınız, atam yaşımda olardı, Basqaldan
idi, durdu, üzü də qıpqırmızı idi, dedi ki, mənə pul verilməyib, guya yalan
deyirəm. Ona baxdım, dedim ki, indi başa düşürəm, atama necə şər atıb, orada
otuzdurub üzünə durdular, sizin kimi adamlar onu edib. Mən küsdüm, o torpağın
dalınca getmədim”.

“Məndən pul alıb, saxta sənədlər verdilər” – Sevdaya
qarşı dələduzluq
“Məndən pul alıb, saxta sənədlər verdilər” – Sevdaya qarşı dələduzluq

Source link