9cc39a07-a778-4b6c-b30a-eb92fa0d2321..jpg

Mənsimovun FETÖ tamaşası: Utanmasan, oynamağa nə var? – VİDEO

Baxış sayı: 529 dəfə baxılıb.

Mənsimovun FETÖ tamaşası: Utanmasan, oynamağa nə var? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun “arxiv”i bir çox
qaranlıq məqamları özündə əks etdirir. Qanunsuz fəaliyyətlər, ölkəmizə
düşmənlik bəsləyən erməni şəxslərlə olduqca sıx, yaxın əlaqələr və ən əsası
FETÖ terror qruplaşması ilə qırılmaz bağlar. Bu sıraya həmçinin çirkli pulların
yuyulması kimi əməlləri də əlavə etmək mümkündür.

“Aşpaz” ləqəbli Mənsimovun FETÖ keçmişinin bir ömür onun izini sürəcəyi
danılmaz həqiqətdir.

Ancaq nə qədər qəribə səslənsə də, Mübariz Mənsimov özü bu əlaqələrin
kölgəsinə sığınıb hətta ittiham səsləndirməyi də özünə sığışdırır, rəva bilir.
Necə deyərlər, utanmasan, oynamağa nə var ki?!!!

Məsələ burasındadır ki, Türkiyənin sayılıb seçilən efirlərinə yol tapa
bilməyən “iş adamı” hansısa MGTV-də çıxış imkanı qazanıb. Bu imkanı hədər
verməyən Mənsimov həddini artıqlaması ilə aşmaq cürətini də özündə görüb.
Çıxdığı efirdə Mənsimov Türkiyənin hüquq sistemini hədəf alıb, məhkəmə
orqanlarının ünvanına böhtan xarakterli fikirləri ilə yadda qalıb.

Fikirləri özündən böyük səslənən Mənsimov Türkiyə məhkəməsini, hakimlərini,
ədliyyə sisteminin rəhbərliyini FETÖ üzvü adlandırıb. FETÖ-çuların vəzifə
başında olduğunu böyük hərarətlə çıxışında vurğulayıb.

Nə qədər qəribə səslənir elə deyilmi? Gəmidə oturub gəmiçiyə dil uzatmaq?
Böyük şücaətdir elə deyilmi?

Bu cürəti Mübariz Mənsimovun FETÖ keçmişimi verir? Hər halda məsələ və
ittihamlar kifayət qədər çirkin və xoşagəlməz xarakter daşıyır.

Mübariz Mənsimovun bu çıxışının “əks-səda”sını yenidən eşitməyimiz olduqca
labüddür. Yoxsa, cəzasız qalan hər böhtan və iftira öz gözündəki tiri görə
bilməyən, doğrunun bağrı çatlayana qədər səsi yüksəkdən gələn insanların
“ürəklənməsinə”, utanmadan oynamasına gətirib çıxara bilər.

Aqil Vəlili


Source link