7afa0cbd-f7ea-488b-ac3a-c01edd4a79fc..jpg

Məntəqə üzrə seçici siyahılarının DSK-lara təqdim edilməsi üçün müddət başa çatır

Baxış sayı: 825 dəfə baxılıb.

Məntəqə üzrə seçici siyahılarının DSK-lara təqdim edilməsi üçün müddət başa
çatır

Bu gün məntəqə seçki komissiyalarının məntəqə üzrə tərtib edilmiş seçici
siyahılarını müvafiq dairə seçki komissiyalarına təqdim etməsi üçün ayrılan
müddət başa çatır.

APA-nın xəbərinə görə, seçki qanunvericiliyinə əsasən, yanvar ayının
əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının
tərtib olunması prosesinə başlanılıb.

Vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki
komissiyaları tərəfindən aparılır.

Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş
müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçiriləcək. Seçki
Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə
tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə
seçki komissiyalarına təqdim etməlidir. Dairə seçki komissiyaları isə müvafiq
seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil
verəcək. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib
edilməsini həyata keçirəcək.

Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən
tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində
yerləşdiriləcək.

Source link