d7bb0c25-3022-4fd2-9491-2cafbaa5f8a2..jpg

Mənzil daxilində olan su sayğacları, sərfiyyatla bağlı problem: Abonentlər nə etməlidirlər? – ARAŞDIRMA

Baxış sayı: 610 dəfə baxılıb.

Mənzil daxilində olan su sayğacları, sərfiyyatla bağlı problem: Abonentlər nə
etməlidirlər? – ARAŞDIRMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sayğacları mənzilin daxilində yerləşən abonentlər evdə olmadıqda və su
təchizatı müəssisəsinin nümayəndəsi sayğaca baxış keçirə bilmədikdə faktiki
işlətdiklərindən çox və ya az su sərfiyyatı yazılmış bildirişlər alırlar. Belə
olduğu təqdirdə vətəndaşla su idarəsinin işçiləri arasında fikir ayrılıqları
yaranır.

Bəs əslində nə baş verir, belə halla qarşılaşan abonentlər nə etməlidirlər?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-nin İctimaiyyətlə
əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Modern.az-a açıqlamasında deyib ki,
Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan istifadə qaydaları”nın tələblərinə
əsasən mexaniki su sayğacları mənzilin daxilində yerləşən abonentlərdə vətəndaş
evdə olmadıqda, müəyyən səbəblərdən qapı açılmadıqda orta aylıq sərfiyyata
uyğun hesabat aparılır:

“Orta aylıq sərfiyyat son 12 ayda istifadə edilmiş su həcminə əsasən müəyyən
edilir və buna uyğun olaraq faktura təqdim edilir. Növbəti ay həmin ünvanda
faktiki sayğac göstəricisi oxunduqda insan amili olmadan informasiya sistemləri
üzərindən proqramsal qaydada dürüstləşmə aparılır. Əgər, siz bir ay ərzində 10
kubmetr su işlətmisinizsə və orta aylıq sərfiyat 15 kubmetrdirsə, deməli beş
kubmetr artıq sərfiyyat hesablanıb. Belə olduqda, növbəti ayda mənzildə 15
kubmetr su istifadə olunubsa, fakturada bu həcm avtomatik olaraq 10 kubmetr
göstərilir. Başqa sözlə, ötən ay artıq hesablanmış beş kubmetr sərfiyyat bu ay
istifadə olunmuş sərfiyyatdan çıxılmaqla dürüstləşmə aparılır”.

İş saatlarında evdə olmayan abonentlər real sərfiyyat uyğun bildiriş əldə
etmək istəyirlərsə, “Azərsu” ASC tərəfindən təqdim olunan “Əhali qrupu üzrə
istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab-fakturanın
formalaşdırlıması” elektron xidmətindən istifadə edə bilərlər.

Bu zaman sayğacların şəklini çəkib, plomb və sayğac nömrəsini yazıb, digər
tələb olunan məlumatları yerləşdirməklə, “Azərsu” ASC-nin saytı (www.azersu.az
), Elektron su portalı (www.e-su.az
), Elektron hökumət portalı (www.e-gov.az ) üzərindən bu
xidmətdən yararlanmaqla istifadə etdikləri suyun faktiki həcminə uyğun elektron
faktura əldə edə bilərlər.

Source link