e8ae8b38-a959-46cf-81c3-e8ef4be8ddc7..jpg

Mənzil Tikinti Kooperativinin sədrinin təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanıb

Baxış sayı: 365 dəfə baxılıb.

Mənzil Tikinti Kooperativinin sədrinin təqsirləndirilməsinə dair cinayət
işinin istintaqı tamamlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qələbə-İnşaat” MTK-nın sədri Vasif Sarxanovun qanunsuz hərəkətləri barədə
vətəndaş müraciəti əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə rayon prokurorluğu məlumat yayıb.

Araşdırmalarla Vasif Sarxanovun MTK-nın direktoru vəzifəsində işləyərkən
vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz gəlir əldə etmək
məqsədilə paytaxtın Yasamal rayonu, H.B.Zərdabi prospekti, 71A ünvanında inşa
olunmuş çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, kirayə verilməsi
ona həvalə edilən və özgənin mülkiyyətində olan qeyri-yaşayış sahəsini saxta
sənədlər əsasında digər şəxsə yenidən satmasına əsaslı şübhələr müəyyən edilib.

Vasif Sarxanova Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən
istifadə etməklə xeyli miqdarda dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən
sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib
və cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə
göndərilib.

Source link