Mərakeş hərbçiləri miqrantların olduğu qayığa atəş açdılar

Baxış sayı: 3. 215 dəfə baxılıb.

Mərakeş hərbçiləri miqrantların olduğu qayığa atəş açdılar

Mərakeş Hərbi-Dəniz Qüvvələri qeyri-qanuni miqrantların olduğu qayığı atəşə tutublar. 

ÇıxışYolu.Com xəbər verir ki, nəticədə dörd nəfər yaralanıb.

Hadisə Aralıq dənizində baş verib. Zərərçəkənlər Mərakeş vətəndaşlarıdır. 

Qayıq İspaniya sahillərinə doğru hərəkət edirmiş. 

Bildirilir ki, polis qayığı idarə edən şəxsi saxlayıb. 

Bundan öncə verilən məlumatlarda isə hadisə nəticəsində bir qadının öldüyü, daha üç nəfərin yaralandığı deyilirdi. 

www.ÇıxışYolu.Com