d8fbe37e-c8f5-4894-b27c-3f021b0d7714..jpg

Mərakeşli jurnalistlər Ağdam, Əsgəran və Şuşaya səfər ediblər – FOTO

Baxış sayı: 583 dəfə baxılıb.

Mərakeşli jurnalistlər Ağdam, Əsgəran və Şuşaya səfər ediblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana səfər çərçivəsində bir qrup mərakeşli jurnalist Qarabağ iqtisadi
rayonunun Ağdam, Əsgəran və Şuşa şəhərlərinə səfər edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyəti öncə Ağdam şəhərində Pənahəli xanın “İmarət”
kompleksinə, Cümə məscidinə və Ağdam Dövlət Dram Teatrının qalıqlarına baxış
keçirib, ermənilərin törətdiyi vandalizm aktlarının şahidi olub. Qonaqlara
tarixi abidələrimizin dağıdılması, Ağdamın Baş Planına uyğun şəkildə aparılan
bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Sonra Əsgərana yollanan nümayəndə heyəti bu şəhərdə aşkarlanmış kütləvi
məzarlığa baxış keçirib və çəkilişlər aparıb.

Şuşa şəhərinin mərkəzi meydanından başlayan tanışlıq zamanı Azərbaycanın
tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş
heykəlləri, Aşağı Gövhərağa məscidi, Şuşa qalası, Cıdır düzü ziyarət edilib.

Şuşa rayon İcra Hakimiyyətinin binasında qonaqlarla görüşən Azərbaycan
Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov qədim
şəhərimizin tarixi, işğal illərində məruz qaldığı vandalizm aktları, burada
aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib, 2023-cü il
sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam
Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”
elan edildiyini nəzərə çatdırıb.

Daha sonra mərakeşli jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, nümayəndə heyətinə MAP agentliyinin redaktoru Mohammed Aswab,
“L’Opinion” nəşrinin redaktoru Anass Machloukh, “Le Matin” qəzetinin redaksiya
direktoru Souhail Nhaili, “Al Bayane” qəzetinin direktorluğunun rəhbəri,
nəşrlər üzrə direktor Mahtat Rakas, “La Vie Eco” qəzetinin direktoru Fahd
İraqi, “Le Desk” müstəqil rəqəmsal mətbu orqanının həmtəsisçisi Fatima Lqadiri,
“TelQuel” fransızdilli həftəlik xəbər jurnalının əməkdaşı Yassine Majdi, BBMTV
onlayn xəbər kanalının operatoru Bouchaib Brhadda və müstəqil fotoqraf Bahou
Elhassan daxildir.

Source link