Mərakeşli müğənni Azərbaycanı oğurluqda ittiham etdi – VİDEO

Mərakeşli müğənni Azərbaycanı oğurluqda ittiham etdi – VİDEO

Baxış sayı: 2. 685 dəfə baxılıb.

Mərakeşin məşhur ifaçılarından biri olan Əsma Əl Münəvvər “Sadi” adlı mahnısının plagiatının çıxması barədə məlumat verib.

ÇıxışYolu.Com xəbər verir ki, müğənni 2,5 milyonluq “Instagram” hesabında Azərbaycanın ünvanına ittihamlarla çıxış edərək mahnısının oğurlandığını iddia edib.

“Mahnımın fransız versiyası var. Hansı ki, bizdən icazə alaraq oxuyublar. Lakin Azərbaycanda səslənən ifanı ilk dəfə görürəm. Bununla bağlı bizdən icazə alınmayıb” ,- deyə ifaçı yazıb.

Əsma onu da əlavə edib ki, ARB TV-nin efirində yayımlanan proqramda “Safi” adlı mahnı “Sevgi” deyə səsləndirib.

Mərakeş mətbuatı isə məsələnin sonuna getməyərək Azərbaycanı oğurluqda ittiham edib. Daha sonra məlum olub ki, mahnını özbəkistanlı müğənni Ulduz Turdiyeva oxuyub. Lakin onun ifası Azərbaycan telekanalında olub.

İlin əvvəlində növbəti dəfə Azərbaycanda qonaq olan ifaçı TV-lərimizdə qonaq qismində iştirak edib.

Qeyd edək ki, Ulduz Turdiyeva Özbəkistanın tanınmış müğənnilərindəndir. O, 2009-cu ildə Azərbaycanda keçirilən muğam festivalında iştirak edib və Xalq artisti Mənsum İbrahimovun tələbəsi olub.

Onu da bildirək ki, Əsma Əl Münəvvər daha sonra “Instagram” hesabındakı paylaşımı silib.

.
www.ÇıxışYolu.Com