f3d61fce-970d-493b-9796-a1c73dc9c3f5..jpg

Mərc oyunlarında iştirak edən ingiltərəli futbolçu ağır cəza ilə üz-üzə

Baxış sayı: 750 dəfə baxılıb.

Mərc oyunlarında iştirak edən ingiltərəli futbolçu ağır cəza ilə üz-üzə

İngiltərənin “Brentford” klubunun hücumçusu İvan Toni bir müddət futboldan
uzaqlaşdırıla bilər.

Buna səbəb onun mərc oyunları zamanı İngiltərə Futbol Assosiasiyasının
qaydalarını pozmasıdır. İngilis hücumçu 262 dəfə reqlament pozuntusuna yol
verib. 26 yaşlı forvard günahını etiraf edib.

Assosiasiya Toni ilə bağlı qərarını bu həftə açıqlayacaq. Onun mövsümün qalan
hissəsini buraxacağı bildirilir.

Hücumçu bu mövsüm Premyer Liqada 21 matçda 14 qol vurub.

Source link