Mərdəkanda güclü yağışdan sonra 123 nömrəli tam orta məktəbin hasarı uçub.
Cixisyolu.com xəbər verir ki, hadisə nəticəsində yaxınlıqdakı avtomobillərə ziyan
dəyib.
Mövzu ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq
bildirilib ki, davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam
orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.
“Məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində
xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində
operativ tədbirlər həyata keçirilir. Oktyabrın 22-də məktəbdə tədris prosesi
müvəqqəti olaraq dayandırılıb”, – cavabda qeyd olunub.
Ətraflı videomaterialı təqdim edirik: