Mərhum Xalq artisti Ramiz Novruzun övladları arasında qalmaqal: “Düşmənim
qardaşımdır” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qardaşımın keçmiş həyat yoldaşı Əzizə və bacım Şəfəq arasında qalmaqal
yaranıb. Keçmiş gəlinimiz bacım haqqında polis bölməsinə müraciət etməyə
hazırlaşırdı”.
Bu fikirləri Cixisyolu.com-a mərhum Xalq artisti Ramiz Novruzun oğlu aktyor Cavidan
Novruz deyib. O bildirib ki, bacısı Şəfəq Novruz sosial şəbəkələrdə ailədaxili
söz-söhbətləri ictimailəşdirərək, səhvə yol verib:
“Şəfəq dəfələrlə paylaşım etdi, məsələnin bağlanmasına imkan vermədi. Əzizə
polis bölməsinin qarşısına gedəndə mənə zəng etmişdi, Lənkəranda səfərdə idim,
ona bildirdim ki, sakitləşsin, söz-söhbət böyüməsin. Niyyətim sadəcə keçmiş
gəlinimizi fikrindən daşındırmaq, ailəmizin adını, birliyini qorumaq idi. O isə
mənim səsimi qeyd edərək, öz lehinə istifadə etməyə çalışıb. Bundan sonra
Şəfəqlə də aramızda inciklik yarandı, bacım keçmiş gəlinimizi guya müdafiə
etdiyimi düşünüb. Halbuki mən kimin günahkar olduğunu çox yaxşı bilirəm.
Əzizənin səhvləri var, bunu hamımız yaxşı bilirik, amma qardaşımın övladlarını
da düşünməliyik, onların gələcəyi vacibdir. Özü həssas dönəmdədir, mənəvi
çöküb, artıq məsələnin bu qədər böyüməsini həzm edə bilmir. Belə məqamlarda
kimsə daha müdrik davranmalıdır ki, hər iki tərəf sakitləşsin, Əzizənin başqa
səhvlərinin də üstü açılmasın, söz-söhbət uşaqlara da mənfi təsir etməsin”.
Cavidan Novruz onu da bildirib ki, Şəfəq Novruz atasının vəfatından sonra
psixoloji gərginlik içərisindədir:
“Biz ona çox yalvardıq ki, ailədaxili məsələləri ictimailəşdirməsin, sosial
şəbəkələrdə paylaşıb, daha da böyütməsin. Amma o bizi dinləmədi. Hər birimiz
onun yanında olmağa çalışdıq, bizə qapını belə açmadı. Məni isə son məqamdan
sonra, ümumiyyətlə, görmək istəmir. Bundan sonra nə deyə bilərəm.
Allah Əzizəyə də kömək olsun, ümid edirəm, bundan sonrakı addımlarını düzgün
atar”.
Qeyd edək ki, mərhum Xalq artisti Ramiz Novruzun qızı stilist Şəfəq Novruz
özünün sosial şəbəkə hesabında qardaşı Cavidan Novruz haqqında “bundan sonra
düşmənimdir” şəklində paylaşım edib.
Aysel Aslan