Mərkəzi Bank “AzTV”nin əlavə səhmlərinin buraxılması qaydalarını
müəyyənləşdirəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin
səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması
qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən ediləcək.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, bu sahədə səlahiyyət ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət
Palatasına məxsus olub.