Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“2024-cü ilin əvvəlindən bəri valyuta bazarında tarazlıq qorunub. İlin ötən
dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir
neçəsində valyutaya tələb artıb”.
Bu, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri haqqında
məlumatında bildirilib.
Qeyd edilib ki, buna səbəb dövlət investisiyaları və özəl sektorun
istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir:
“2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin müvafiq
dövrü ilə müqayisədə 17,1% artıb ki, bunun da əhəmiyyətli hissəsi daxili
mənbələr hesabına maliyyələşib. Bu, qeyri-neft idxalı üzrə qabaqcadan
ödənişlərin artması ilə müşayiət olunub. Qeyd olunanlar idxal mənşəli valyuta
tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə
balansı şəraitində fəaliyyət göstərir”.