88038860-1e22-466d-9b20-4f1122af3ca6..jpg

Mərkəzi Bankın notlarını almaq istəyənlərin nəzərinə – FOTO

Baxış sayı: 619 dəfə baxılıb.

Mərkəzi Bankın notlarını almaq istəyənlərin nəzərinə – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb”.

Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat
paylaşıb.

Deputat bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım
müşahidə olunduğunu bildirib.

“Ötən ayın əvvəlində 6,62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6,85
faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd
alınıb. Uzunmüddətli hesab olunan, 252 günlük notlarda da oxşar artım qeydə
alınmaqdadır.

Mərkəzi Bankın uçot faiz dərəcəsi isə son dəfə fevralın 1-də dəyişdirilərək 8
faizdən 7,75 faizə endirilib. Uçot faiz dərəcəsində azalmaya rəğmən Mərkəzi
Bankın notlarının gəlirliliyində artım müşahidə olunur”.

Vüqar Bayramov notların faiz dərəcələrində diqqətçəkən əsas məqamlardan
birinin də 28 günlük notlar üzrə son faiz dərəcəsinin 168 günlük notlarla
müqayisədə cəmi 0,05 faiz aşağı olduğunu da qeyd edib.

“Bu qısamüddətli yerləşmələrə marağın artmasına ortamüddətli notlara tələbin
azalmasına səbəb ola bilər. Aydındır ki, Mərkəzi Bank orta və uzunmüddətli
dövrlü notlara daha çox vəsaitin cəlb edilməsində maraqlı olmalıdır. Bu maliyyə
qərarları baxımdan da vacibdir. Bu baxımdan, qısa və ortamüddətli notlar üzrə
faiz dərəcələri arasında fiskal mütənasibliyin tapılması çox vacibdir. Ona görə
də faizlərə yenidən baxılması və zaman üzrə də optimallaşdırılmasına ehtiyac
var.

Bütövlükdə, Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 1 milyard 295
milyon manatdır. Ötən ayın son günü ilə müqayisədə notların həcmi 33,16 milyon
manat artıb”, – deyə deputat qeyd edib.

Source link