014630f5-627f-40cc-a3f6-7eb74677f8d7..jpg

Mərkəzi Bankın qərarından sonra kredit faizləri azala bilər? – AÇIQLAMA + FOTO

Baxış sayı: 676 dəfə baxılıb.

Mərkəzi Bankın qərarından sonra kredit faizləri azala bilər? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mərkəzi Bank uçot dərəcəsinin 7,75%-dən 7,5%-ə, faiz dəhlizinin yuxarı
həddinin 8,75%-dən 8,5%-ə endirib və faiz dəhlizinin aşağı həddinin isə 6,25%
səviyyəsində dəyişməz saxlayıb.

Uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin
hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin
qorunması ilə bağlıdır”.

Cixisyolu.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə
hesabında məlumat paylaşıb.

Deputat bildirib ki, 2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot
faiz dərəcəsini azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz
dərəcəsini 9-dən 8,5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə
0,5 faizlik azalmaya getmişdi.

“Mərkəzi Bankın son qərarında iki mühüm məsələ diqqəti çəkir: faiz dəhlizinin
aşağı həddinin dəyişdirilməməsi və depozit və kredit faizlərinə təsirinin
gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi.

Faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə Mərkəzi Bank öz notlarının
optimal gəlirliyini qoruyub saxlamağa çalışır. Dünən də həmin notların son faiz
dərəcəsi üzrə cüzi olsa da artım qeydə alınıb. Bununla, baş bank qiymətli
kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha
çox vəsait cəlb etməyə çalışır. Bu ondan xəbər verir ki, Mərkəzi Bank öz
notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir.

Kredit faizlərinin azalmasının mümkünlüyünə gəldikdə isə, hələlik uçot
dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur. Etiraf etmək lazımdır ki, bu
təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi
Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Amma adətən digər ölkələrdə Mərkəzi
Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit
faizlərində də enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankının son dövrlər
uçot faiz dərəcəsinin azaltmasına rəğmən əksinə depozit faizlərində artım
müşahidə olunmaqdadır.

Əvvəllər 5-6 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda
müddətindən asılı olaraq depozit faizləri 8-9,5 faiz arasında dəyişir. Depozit
faizlərindəki artımlara “Bloomberg” platformasında banklar arasında milli
valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi
də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir
hissəsini öz notları vasitəsi ilə cəlb edə bilib və bu da banklarda əlavə
vəsaitlərə tələb yaradıb. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də
kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 bankları daha aktiv
kampaniyalara sövq edir. Bütün hallarda isə, Mərkəzi Bankın son qərarı kredit
faizlərində ciddi dəyişikliyə səbəb olmayacaq”.

Source link