61a94298-251c-4213-ab31-a2de22156f1c..jpg

Mərkəzi Bankın sədrindən uçot dərəcəsi ilə bağlı AÇIQLAMA

Baxış sayı: 556 dəfə baxılıb.

Mərkəzi Bankın sədrindən uçot dərəcəsi ilə bağlı AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2024-cü ildə inflyasiya proqnozu dəyişməz saxlanılıb. Ötən ilin oktyabrında
olduğu kimi cari ilin yanvar proqnozlarına görə də, 2024-cü ildə illik
inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz
dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı
deyib.

T.Kazımov qeyd edib ki, İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən
iclasından bəri illik inflyasiya tempi azalıb.

“2023-cü ildə 12 aylıq inflyasiya 2,1 faiz təşkil etməklə hədəf (4±2 faiz)
diapazonunun aşağı hissəsində formalaşıb. İnflyasiyada istehlak səbətinin bütün
qrup komponentləri üzrə azalma müşahidə edilib. İllik ərzaq inflyasiyası 0,8
faiz, qeyri-ərzaq inflyasiyası 2,7 faiz, xidmətlər inflyasiyası isə 3,7 faiz
təşkil edib. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də
təsir edib”, – deyə Taleh Kazımov əlavə edib.

Source link