d7726ef4-97d6-482d-a40f-ba94e21bad3f..jpg

Mərkəzi Klinikanın baş həkimi: “Qənirə Paşayevanın vəziyyəti çox ağırdır” – VİDEO

Baxış sayı: 565 dəfə baxılıb.

Mərkəzi Klinikanın baş həkimi: “Qənirə Paşayevanın vəziyyəti çox ağırdır” –
VİDEO

“Dünən səhər saatlarında Qənirə xanım Mərkəzi Klinikanın təcili yardım
şöbəsinə müraciət edib. Gəldiyi zaman vəziyyəti ağır şok vəziyyətində idi. Huşu
aydın deyildi”.

Bunu Baku TV-yə açıqlamasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran
Musayev bildirib.

“Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür.
Bütün ixtisas həkimləri xəstəmizin müalicəsinə cəlb olunub. Əlimizdə mövcud
olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın
müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və
konsultasiyalar aparırıq. Millət vəkili Qənirə Paşayeva süni nəfəs aparatına
qoşulub. Əsas məqsədimiz xəstəliyin şok klinikasının gedişatını dayandırmaqdır.
Müalicələr nəticəsində cüzi də olsa stabillik əldə olunub. Müalicə davam edir.
Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”.

Baş həkim bildirib ki, deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə
rəhbərliyinin diqqət mərkəzindədir və Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun PrezidentiMehriban Əliyevanın şəxsi nəzarəti altındadır:

“Onun bütün tapşırıqları istiqamətində işlər aparılır. Bu gün səhər
saatlarında Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar
Ələkbərov xəstəni ziyarət edib”.

Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində
Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.


Source link