Məryəm Üzərli və Uill Smitdən səmimi görüntülər – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Muhteşem Yüzyıl” serialında Hürrem sultan rolu ilə bir çox ölkələrdə özünə
pərəstişkar qazanmış türkiyəli aktrisa Məryəm Üzərli Səudiyyə Ərəbistanında
keçirilən Qırmızı dəniz Beynəlxalq Film Festivalına qatılıb. O, tədbir üçün
geyindiyi qırmızı atlas geyimlə göz qamaşdırıb, elə həmin parçadan baş örtüyü
isə xüsusi şıq görünüş verib.
Məryəm Üzərli tədbirdə Hollivud ulduzu Uill Smitlə də görüşüb.
Cixisyolu.com-ın məlumatına görə, aktrisa bununla bağlı səmimi görüntülərini özünün
sosial şəbəkə hesabından paylaşıb.
Qeyd edək ki, Üzerlinin geyimindən fərqli olaraq üzündə apardığı kosmetik
prosedurlar pərəstişkarları tərəfindən bəyənilməyib. Onların sözlərinə görə,
aktrisa gözəl görünsə də artıq individuallığını itirib.