e946f2cc-c377-4703-919e-299be95d5324..jpg

“Məşədi Dadaş” məscidinin yeni imamı kim olacaq? – AÇIQLAMA + FOTO

Baxış sayı: 593 dəfə baxılıb.

“Məşədi Dadaş” məscidinin yeni imamı kim olacaq? – AÇIQLAMA + FOTO

Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə yeni din xadiminin təyinatı barədə Hacı
Şahin Həsənlinin 40 mərasimindən sonra açıqlama veriləcəyi bildirilmişdi.

Bu gün axşam “Məşədi Dadaş” məscidində Hacı Şahin Həsənlinin 40 mərasimi
keçiriləcək.

“Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinə verdiyimiz sorğuya cavab olaraq komitənin şöbə müdiriCahandar
Əlifzadə Cixisyolu.com-a açıqlamasında bildirib ki, din xadimlərinin təyinatı “İslam
dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması,
attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun aparılır:

“Həmin qaydaya əsasən, din xadimlərinin təyinatı Dövlət Komitəsi tərəfindən
təşkil olunan müsahibə və ya rotasiya vasitəsilə mümkündür. Qeyd olunanlara
əsasən, “Məşədi Dadaş” məscidinin imamı vəzifəsinə təyinatın rotasiya
qaydasında həyata keçirilməsi nəzərdə tutulub. Hazırda bir neçə namizəd barədə
fikir mübadiləsi aparılır. Təyinat barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Sözügedən məscidə Hacı Ramil Bədəlovun imam təyin ediləcəyinə dair yayılan
məlumatlara isə Cahandar Əlifzadə belə cavab verib:

“Ramil Bədəlovun hansısa məscidə imam təyin olunması məsələsinə isə yalnız
həmin şəxs sözügedən müsahibədən keçdikdən sonra baxıla bilər. Dövlət Komitəsi
2022-ci ilin may və oktyabr aylarında məscidlərdəki vakant vəzifələrə müsahibə
elan edib. Lakin R.Bədəlov həmin müsahibələrdə iştirak etmək üçün sənədlərini
təqdim etməyib”.

Könül Cəfərli

Source link