aafed280-d299-4fa2-9c74-74afe0c6aef6..jpg

Məscidlərdə ianələrin elektron şəkildə toplanması ilə bağlı yeni detallar AÇIQLANDI

Baxış sayı: 759 dəfə baxılıb.

Məscidlərdə ianələrin elektron şəkildə toplanması ilə bağlı yeni detallar
AÇIQLANDI

“Hazırda məscidlərdə ianələrin elektron şəkildə toplanması, sərf olunması ilə
əlaqədar yeni qaydalar üzərində iş gedir. Həmin qaydalar hazırlanıb
yekunlaşanda aidiyyəti üzrə göndərilərək təsdiq olunacaq”.

Bu fikirləri “Report”un sualını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən ziyarətgahların sayı çoxdur:

“Lakin ölkədə aparıcı və xalqımızın inandığı, daha çox getdiyi ziyarət yerləri
var ki, ora ianələr verilir. Bu cür ianələrin toplanması, sərf olunması ilə
əlaqədar yeni qaydalar üzərində iş gedir. Həmin qaydalar yekunlaşdıqdan sonra
rəsmi şəkildə təsdiq olunacaq. Bundan sonra toplanan ianələrin müxtəlif
ziyarətgahların özünün sərəncamında qalması, lakin qalan ianənin bütövlükdə
sərf olunması ilə bağlı müvafiq qurumlarla birgə həyata keçirilməsi nəzərdə
tutulur.

Ziyarətgah toplanan məbləğin hansı istiqamətlərə xərcləndiyini şəffaf şəkildə
elan edəcək. İanə verən də vəsaitin hara sərf edilməsini ziyarətgahın internet
səhifəsindən izləyə biləcək. Hazırda layihə müzakirə olunur. Müzakirələrdə
Dövlət Komitəsi ilə yanaşı Qafqaz Müsəlmanları İdarəsinin mütəxəssisləri də
iştirak edir”.

Source link