8745590c-33f7-45c7-9d34-c407c04dc420.gif

Məşhur ABŞ-li ifaçı təcili xəstəxanaya yerləşdirildi: Konsertləri ləğv olundu

Baxış sayı: 34 dəfə baxılıb.

Məşhur müğənni Kardi Bi təcili xəstəxanaya yerləşdirilib. Onun yaxın günlərə
təyin olunan bütün tədbirləri ləğv edilib.

Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə ifaçının özü sosial şəbəkə
hesabından xəbər verib.

O, səhhəti ilə bağlı müəyyən çətinliklərlə üzləşdiyini deyib.

“Son bir neçə gündür xəstəxanadayam, təcili tibbi müdaxilələrdən sonra
sağalıram. Anlayışınız üçün təşəkkür edirəm. Tezliklə qayıdacağam və daha
yaxşı, daha güclü olacağam. Narahat olmayın. Sevgilərlə”, – deyə müğənni yazıb.

Kardi Bi xəstəxanaya yerləşməsinə səbəb olan xəstəliyin adını açıqlamayıb.

Source link