a2014df1-de75-4007-9b09-3c1a08f8bbd9..jpg

Məşhur aktrisa Sofi Loren təcili xəstəxanaya yerləşdirildi – FOTO

Baxış sayı: 506 dəfə baxılıb.

Məşhur aktrisa Sofi Loren təcili xəstəxanaya yerləşdirildi – FOTO

Dünyanın ən tanınmış aktrisalarından olan Sofi Loren Cenevrədəki evində
yıxılaraq ayağını sındırıb.

Bu barədə kino ulduzuna yaxın mənbədən xəbər verilib.

89 yaşlı Loren müayinə üçün xəstəxanaya çatdırılıb. Onda bir neçə omba sınığı
aşkarlanıb və dərhal əməliyyat olunub.

Həkimlərin sözlərinə görə, əməliyyat uğurlu keçib.

Qeyd edək ki, Sofi Lorenin sentyabrın 20-də 89 yaşı tamam olub. O, 100-ə yaxın
kinoda iştirak edib. Həmçinin iki dəfə – 1962-ci ildə “Çoçara” filmindəki baş
rola görə və 1991-ci ildə kino sənətinə verdiyi töhfəyə görə “Oskar” mükafatına
layiq görülüb.

Mənbə: Lenta.ru

Source link