Məşhur aktrisa xərçəngin sümüklərinə yayıldığını açıqlayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Charmed” və “Beverly Hills, 90210” seriallarının ulduzu Şannen Doerti xərçəng
xəstəliyinin 4-cü mərhələsi aşkar edilib. Xərçəng artıq sümüklərə yayılıb.
Bu barədə o, müsahibəsində bildirib.
“Mən ölmək istəmirəm. Mən hələ yaşamımı sonlandırmamışam. Mən hələ də sevməyə
davam edirəm. Mən yaradıcılığıma son qoymamışam. Vəziyyətin yaxşıya doğru
dəyişəcəyinə ümidimi itirməmişəm”, – deyə 52 yaşlı aktrisa bildirib.
Qeyd edək ki, 2015-ci ildə Doertiyə süd vəzisinin xərçəngi diaqnozu qoyulub.
2017-ci ildə müalicə kursundan sonra remissiya baş verib, lakin üç il sonra
müayinə zamanı ulduza 4-cü mərhələdə bədxassəli şiş diaqnozu qoyulub. 2023-cü
ilin iyun ayında o, pərəstişkarlarına beyindəki metastazlar və əməliyyat
olunduğu haqqında məlumat verib.
Şennen Doerti “iHeartRadio”da memuar üslubunda “Gəlin aydınlıq gətirək” (Let’s
Be Clear) adlı podkastını təqdim etmək qərarına gəlib. O, televiziya və kino
karyerası, xərçənglə səkkiz illik mübarizəsi və s. haqqında danışacaq. İlk
buraxılış dekabrın 6-a planlaşdırılıb.
Mənbə: snob.ru