Məşhur aktrisanın sevgilisi həbs olunmamaq üçün ölkədən qaçdı

Məşhur aktrisanın sevgilisi həbs olunmamaq üçün ölkədən qaçdı

Baxış sayı: 2. 194 dəfə baxılıb.

Məşhur türkiyəli aktrisa Tuba Büyüküstünün reklamçı sevgilisi Umut Evirgen haqqında cinayət işi açılıb. 

Məlumatlara görə, Umut Evirgen “Gizli kalsın” adlı məkanına gələn dostu iş adamı Ali Akını döyüb.

İki dost arasında baş verən dava zamanı Ali Akının burnu qırılıb. Zərər çəkən Ali Akın dostu haqqında İstanbul Baş Prokurorluğuna şikayət edib:

“Umutun məkanında əylənirdik. Söhbət əsnasında o, mənə söyüşlər söyməyə başladı. Əvvəlcə zarafat etdiyini düşündüm. Amma sonra məkana geri qayıdaraq etirazımı bildirdim. Bu zaman Umut və beş mühafizəçisi məni döyməyə başladı. Umut dəfələrlə mənə yumruq zərbələri endirdi”.

Təcili olaraq xəstəxanaya aparılan Ali Akının başının müxtəlif yerlərindən xəsarətlər aldığı və burnunun qırıldığı məlum olub.

İstanbul Baş Prokurorluğu Umut Evirgen və beş mühafizəçisi haqqında cinayət işi açıb. Amma Umut həbsə düşməmək üçün Parisə qaçıb.

Məşhur aktrisanın sevgilisi həbs olunmamaq üçün ölkədən qaçdı

Sevinc Yasinqızı