Məşhur aktyor bir ayağından məhrum ola bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Alman aktyor Til Şvayger hazırda sepsislə mübarizə aparır.
Əgər müalicə uğursuz olsa, o ayağını itirə bilər.
Hazırda Şvayger Mayorka adasındakı klinikadadır.
“Avqust ayından ayağımda yara olduğu üçün iki həftədir xəstəxanada antibiotik
qəbul edirəm. O zaman baldırım zədələndi və içəriyə mikroblar daxil oldu.
Təəssüf ki, vəziyyət getdikcə pisləşir”, – deyə aktyor “Bild”ə açıqlamasında
deyib.
Məlumata görə, onun ayağının amputasiya edilmə riski var.
Aktyor özünü yaxşı hiss etmədiyini bildirib. Cümə axşamı gecə onun hərarəti
yenidən yüksəlib.