9c69e621-b108-40f1-bf90-589611fcad35.jpg

Məşhur aktyor “Coker” rolunu oynamaq üçün nələrdən keçməli olub?

Baxış sayı: 234 dəfə baxılıb.

Coker rolunu oynamaq üçün məşhur aktyor Xoakin Feniks ciddi fiziki və
psixoloji transformasiyadan keçməli olub.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Championat” məlumat yayıb.

Baş rollarda Xoakin Feniks və Ledi Qaqanın çəkildiyi “Coker: İkinəfərlik
dəlilik” filmi nümayiş olunub. Çəkilişlərə hazırlıq prosesində sənətçi tanınmaz
dərəcədə dəyişib.

Feniks həmişə mükəmməl təbəssüm sahibi olub, lakin psixopat rolu üçün
təbəssümünün təbii olmasına nail olmaq üçün diş həkiminə getməli olub. Hollivud
stomatoloqu Con Maraşi Xoakin üçün xüsusi sarımtıl rəngli kapalar hazırlayıb.

Bundan əlavə, Cokerə çevrilmək üçün aktyor çox arıqlamalı olub. Feniks ciddi
pəhriz saxlayıb, bu müddət ərzində onun qida rasionu yalnız bişmiş tərəvəzlər
və təzə kahıdan ibarət olub. Aktyor etiraf edib ki, o, rejissoru bu rejimi
yumşaltmağa razı salmağa çalışıb, amma sonda bütün şərtlərlə razılaşıb.

Source link