Məşhur aktyor ifadə verdi: seksual manyakı ölüm hökmü gözləyir

Baxış sayı: 2. 250 dəfə baxılıb.

Məşhur aktyor ifadə verdi: seksual manyakı ölüm hökmü gözləyir

Dünya şöhrətli aktyor Eşton Katçerin ifadəsindən sonra məhkəmə seksual manyakı qətldə təqsirli bilib.

Seksual manyak Maykl Qarqilo E.Kaçerin sevgilisi Eşli Ellerini və daha iki qadını öldürməkdə günahlandırılır. Los Anceles məhkəməsi isə Qarqilonu daha bir qadını da öldürməyə cəhddə günahkar bilib.

41 yaşlı Kutçer 43 yaşlı müttəhimə qarşı ifadə verdikdən üç ay sonra ötən gün hakim dəhşətli cinayət üzrə qərar çıxarıb. 

M.Qarqilo barəsində qərar hələ elan edilməyib, amma prokuror ölüm hökmünün veriləcəyini güman edir.

Seksual manyakın məhkəməsi bu ilin may ayında başlanıb. Qarqilo 2001-2008-ci illər arasında törədilmiş cinayətlərdə özünü günahkar saymayıb. Onun qurbanlarından biri 2001-ci ildə Hollivuddakı evində ölü vəziyyətdə tapılan 22 yaşlı tələbə Eşli Ellerin olub. Faciə baş verən gün Kutçer Ellerinin yanına gedib, lakin o, qapını açmayıb. Eşton ifadəsində bildirib ki, evdə işıq yanıb, pəncərədən isə xalçanın üzərində qırmızı ləkələr görüb. O, həmin ləkələri xalçanın üzərinə tökülən şərab zənn edib. Səhər isə Eşlinin qonşusu onun cəsədini tapıb.

İstintaqın irəli sürdüyü iddiaya əsasən, Qarqilo 15 ildir qonşuluqda yaşayan gənc qadınları gizlicə izləyirmiş. Gələcək qurbanlarının evlərinə problemsiz girmək üçün o, özünü kondisioner ustası kimi qələmə verib.

E.Katçer məhkəmədə Eşli ilə faciədən bir neçə ay əvvəl görüşdüyünü və öldürüldüyü gün görüşməli olduğunu deyib. Aktyor “Qremmi” mükafatından sonra gecə ziyafətində qalmalı olub. Elə bu səbəbdən sevgilisi ilə görüşə bilməyib.

Rəşad Əliyev