534f7bbd-a7fa-431f-b4ba-1583fa2a8eac..jpg

Məşhur aktyor Kaliforniya dağlarında itkin düşdü – FOTO

Baxış sayı: 805 dəfə baxılıb.

Məşhur aktyor Kaliforniya dağlarında itkin düşdü – FOTO

Daha çox “Warlock” dəhşət filmi ilə tanınan məşhur britaniyalı aktyor Culian
Sends gəzinti zamanı itkin düşüb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Onun Kaliforniyada dağlıq ərazidə yoxa çıxdığı deyilir.

Sendsin həyat yoldaşı onun itkin düşdüyü barədə yanvarın 13-də bildirib.
Sendsi tapmağa çalışan axtarış-xilasetmə qrupları hazırda əlverişsiz hava
şəraiti və uçqun təhlükəsi səbəbindən işləri dayandırıb.

Xilasedicilər dronlarla axtarışları davam etdirirlər.

65 yaşlı britaniyalı aktyor “Leaving Las Vegas” (1995), “Ocean’s Thirteen”
(2007) kimi filmlərdə, həmçinin “24” (2001-2014), “Dexter” (2006-2013),
“Gotham” (2014-2019) seriallarında rol alıb.

Mənbə: Haber Global

Source link