1980-1990-cı illərdə canlandırdığı mənfi obrazlarla məşhurlaşan amerikalı aktyor Keri Hiroyuki Taqava Bakıya gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, aktyorun İçərişəhərdə gəzinti zamanı çəkilən fotosunu Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev “Instagram” hesabında paylaşıb.
Qeyd edək ki, “Mortal Kombat” filmi ilə tamaşaçıların sevgisini qazanan məşhurun Bakıya hansı səbəblə gəldiyi məlum deyil.