fc0eca69-3b1b-4a26-9a8d-472a69763ec0..jpg

Məşhur amerikalı aktyorun oğlu rus modellə evlənib – FOTO

Baxış sayı: 377 dəfə baxılıb.

Məşhur amerikalı aktyorun oğlu rus modellə evlənib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Stiven Siqalın oğlu Dominik rusiyalı model Ayrin Danilova ilə
ailə həyatı qurub.

Mərasimin Rusiyanın paytaxtı Moskvada baş tutduğu və qapalı keçirildiyi qeyd
edilib. Qeydiyyat şöbəsində yeni evlənənlər ən yaxın qohumlarının – gəlin və
bəyin valideynləri qarşısında üzükləri taxaraq, bir-birinə sadiq qalmağa and
içiblər. Siqal gəlininə qızılgül buketi hədiyyə edib.

Sadə mərasim üçün gənc cütlük klassik geyim seçib – Dominik kəpənək-qalstuklu
kostyum, Ayrin isə uzunqollu ağ gəlinlik geyiniblər.

Mənbə: Starhit

Source link