Məşhur amerikalı senator vəfat etdi

Baxış sayı: 2. 165 dəfə baxılıb.

Məşhur amerikalı senator vəfat etdi

Amerikalı senator, ABŞ-ın “Respublikaçılar” partiyasından konqressmen Con Makkeyn 81 yaşında dünyasını dəyişib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

“Senator III Con Makkeyn saat 04:28-də (Bakı vaxtı ilə bazar günü gecə saat 03:28) vəfat edib”, – deyə, onun ofisinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, onun yanında həyat yoldaşı və doğmaları olublar.

“Ölüm anında o, artıq 60 ildir ki, ABŞ-a sədaqətlə xidmət edirdi”, – deyə, bəyanatda bildirilir.

Avqustun 4-də məlum olmuşdu ki, Makkeyn 2017-ci ildə aşkarlanmış beyin şişinin sonrakı müalicəsindən imtina edib. Ailə üzvlərinin sözlərinə görə, buna səbəb xəstəliyin inkişaf etməsi və Makkeynin yaşı səbəb olub.

Con Sidni Makkeyn 29 avqust 1936-cı ildə anadan olub. O, 2008-ci ildə Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürmüşdü.

Senator 2016-cı ildə seçilmiş ABŞ prezidenti Donald Trampın daxili və xarici siyasətinin sərt tənqidçisi kimi tanınır.

O, dəfələrlə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə çıxışlar etmişdi.

www.ÇıxışYolu.Com