“Xəzər TV”nin tanınmış aparıcısı və jurnalist Yusif Kərimlinin 5 yaşlı oğlu dənizdə batmaq təhlükəsi ilə üzləşib.
ÇıxışYolu.Com-ın əməkdaşı bədbəxt hadisə ilə üzləşən ailə başçısı Y.Kərimli ilə əlaqə saxlayıb.
O, baş verən hadisəni bu cür şərh edib: “Hadisə avqustun üçündə baş verib. Övladım, anası, xalası və nənəsi birlikdə Türkan çimərliyinə gediblər. Həmin gün hava şəraiti küləkli olmayıb. Bədbəxt hadisə nəticəsində 28 yaşlı baldızım Sürəyya dənizdə çimərkən boğularaq dünyasını dəyişib. Təəsüf ki gənc xanımın həyatını xilas etmək mümkün olmayıb”.
Aparıcı övladının ölümdən döndüyünü deyib: “Oğlum isə sudan ölümcül vəziyyətdə çıxarılıb. Bədəninə çoxlu miqdarda çirkab dəniz suyu dolub. Onu Mərdəkanda yerləşən 26 nömrəli xəstəxanaya aparıblar. Öncə oğlumun öldüyünü zənn etsələr də, daha sonra yaşadığına əmin olublar. Həkimlərin səyi nəticəsində onu həyata qaytara biliblər. Hazırda vəziyyəti qənaətbəxş olsa da, pnevmaniya xəstəliyinə yoluxma riski çoxdur. Buna görə də, oğlum ciddi həkim nəzarətindədir”.
Rəşad Əliyev