Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın istehsalı olan bir filmdə baş rollardan birinə çəkilən eşşəyə
aktyorlardan çox qonorar verilib.
Lent.az-ın məlumatına görə, söhbət “Qəm pəncərəsi” filmindən gedir.
Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin motivləri
əsasında çəkilmiş bu filmdə Xudayar bəyin Məşədi Həsən kişinin əlindən alıb
geri qaytarmadığı eşşəkdən söz açılır.
Film çəkiləndə kəndlərdə məhsul yığımı mövsümü olduğu üçün kənd adamlarından
eşşək icarəyə götürmək xeyli çətin olub.
Üstəlik, film üçün bir neçə eyni boy və rəngdə heyvanlara da ehtiyac olub.
Çəkiliş zamanı aktyorlar eşşəklərin inadlarını buraxıb hərəkət etmələrini,
çəkiliş meydançasına alışmalarını çox gözləməli olublar.
Bu filmdə aktyorlara gündəlik yeddi manat, “kaprizli” eşşəklərə isə 10 manat
qonorar yazılırmış.
Eyni hal “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Atları yəhələyin” filmlərində
də yaşanıb. “Dədə Qorqud” filmində Rasim Balayevin Babək rolunda güləşməli
olduğu şirə onun aldığından 10 qat artıq qonorar verilib. Adları çəkilən digər
filmlərdə isə atlara aktyorlardan çox qonorar yazılırmış.
Qeyd edək ki, heyvanlarla birlikdə onların baxıcılarını, baytarlarını, onlara
verilən yemi də kinostudiya maliyyələşdirib.