Məşhur bəstəkar “Brilyant əl” filmi üçün mahnının necə yazıldığından danışıb –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bəstəkar Aleksandr Zatsepin Leonid Qaydayın rejissoru olduğu “Brilyant əl”
filmində səslənən “Bizim vecimizə də deyil” mahnısını başıbəlalı hesab edir.
Bu barədə musiqiçi jurnalistlərə verdiyi müsahibəsində danışıb.
“Əvvəlcə mən başqa bir mahnı ərsəyə gətirmişdim, Derbenyevin şeirinin sözləri
də fərqli idi. Amma sonda bu mahnıdan istifadə olunmadı. Ola bilsin ki,
Qaydayın bunu hamının – həm düşmənlərin, həm də dostların dinləməsi üçün təqdim
etməsi daha yaxşı oldu”, – deyə bəstəkar bildirib.
Zatsepin xatırladıb ki, bəstənin ilk dinləyicilərinin fikir ayrılıqları olub:
50% mahnının yaxşı, qalan 50% isə onun orta olduğunu bildirib. Bundan sonra
filmin rejissoru bəstəkardan melodiyanı yenidən yazmağı xahiş edib.
“Qayday mahnılara çox tələbkarlıqla yanaşırdı. O deyirdi: “Mənə bunu radioda
və ya mahnı valında oxutmaqları deyil, xalqın oxuması lazımdır”, – deyə
Zatsepin xatırlayıb.
Qeyd edək ki, “Brilyant əl” komediyası 1969-cu ilin aprelində işıq üzü görüb.
Filmdə Yuri Nikulin, Andrey Mironov, Anatoli Papanov, Nonna Mordyukova və
başqaları kimi sovet kinosunun ulduzları çəkilib. Filmin bəzi epizodları bizim
doğma Bakımızda çəkilib. “Dovşanlar haqqında mahnı” kimi də tanınan “Bizim
vecimizə də deyil” kompozisiyasını filmdə Nikulinin qəhrəmanı Semyon Qorbunkov
restoran səhnəsində ifa edir.
Mənbə: thevoicemag.ru