Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 17-də davam etdiriləcək.
İttihama görə, A. Əhmədov “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etbarından sui-istifadə edərək, onlara qarşı ümumilikdə 312 min 851 manat məbləğində ziyan vurub.
Vurulan ziyandan 23 784 manat pul ödənilib.