Məşhur “Bi-2” qrupunun keçmiş üzvü Plyavinin ölüm səbəbi məlum olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın məşhur “Bi-2” və “Dyuna” qruplarının keçmiş üzvü Viktor Plyavinin
ölüm səbəbi məlum olub.
Telekanalın məlumatına görə, 64 yaşlı klaviatura ifaçısı ürəyində yaranan
problem səbəbindən dünyasını dəyişib.
“O, ürək çatışmazlığından və orqanın qan təchizatı ilə bağlı problem
səbəbindən vəfat edib”, – deyə bildirilib.
Musiqiçinin dəfn mərasimi noyabrın 19-da Moskvanın Yastrebkovskoye
qəbiristanlığında baş tutacaq.
Qeyd edək ki, Plyavinin xərçənglə mübarizə apardığı və son zamanlar
dostlarının dediyinə görə, tez-tez içki içməyə başladığı bildirilirdi. Sənətçi
ölümündən əvvəl 3 ay ərzində səhhəti pisləşdiyi üçün evinə 3 dəfə təcili yardım
çağırıb.
Mənbə: ren.tv