Məşhur brend əlillər üçün xüsusi geyimlərini satışa çıxardı – FOTO

Məşhur brend əlillər üçün xüsusi geyimlərini satışa çıxardı – FOTO

Baxış sayı: 2. 707 dəfə baxılıb.

Dünyanın məşhur brendlərindən olan “Tommy Hilfiger”in dizaynerləri əlillərə xüsusi geyimlər hazırlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, dünyada bir milyard əlil yaşasa da, onlar üçün hazırlanan geyimlər məhdud sayda idi.

Dizayner Tommi Hilfiger hərəkətə keçərək dəb dünyasında daha bir yenilik edib. 

Firma “Runway of Dreams” adlı əlillər üçün fəaliyyət göstərən bir vəqflə onlara yaz kolleksiyasına aid geyimlər hazırlayıb.

Kolleksiyada yer alan donlar, şalvarlar, jaketlər, köynəklər və şortlar tipik bir görüntü sərgiləsə də, yaxından görəndə dəyişilmə özəlliklərinin olduğu görünür.

Maqnit düymələr, qarmaqlar, tək əllə açılıb bağlana bilinən zəncirbəndlər əlillərin həyatını asanlaşdırmaq üçün hazırlanıb.

.
www.ÇıxışYolu.Com