Məşhur dizayner intihar edib

Məşhur dizayner intihar edib

Baxış sayı: 2. 484 dəfə baxılıb.

Tanınmış amerikalı dizayner Keyt Speyd vəfat edib. Onun meyiti Nyu-Yorkdakı mənzilində aşkarlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “The Hollywood Reporter” məlumat yayıb.

Yerli müstəntiqlər dizaynerin intihar etdiyini ehtimal edir. Belə ki, mənzildən 55 yaşlı Speydin ölüm məktubu tapılıb.  

Onun nə üçün və hansı şəkildə intihar etdiyi açıqlanmır.

Qeyd edək ki, mərhum dizayner “Kate Spade New York” məşhur moda brendinin təsisçilərindən biri idi. Onun şirkəti əvvəllər qadın çantalarının istehsalı üzrə ixtisaslaşıb. Daha sonralar isə geyim və aksessuarlar buraxmağa başlayıb.

2016-cı ildə Speyd “Frances Valentin” adlı yeni brendini təqdim etmişdi.

.
www.ÇıxışYolu.Com