“Məşhur gəlin” gün üzünə çıxdı – FOTOLAR

“Məşhur gəlin” gün üzünə çıxdı – FOTOLAR

Baxış sayı: 2. 757 dəfə baxılıb.

Ötən gün “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Məşhur gəlin” adlı komediya filminin təqdimatı baş tutub.

ÇıxışYolu.Com xəbər verir ki, baş rollarında Afaq Gəncəli, Mənsur Şərif və Rəsul Abbasovun çəkildiyi ekran işində həmçinin Nərgiz Məmmədova, Mətanət Əliverdiyeva, müğənnilər Roza Zərgərli, Əlikram Bayramov, prodüser Tarix Əliyev, aktyorlar Şəhriyar Əbilov, Cavidan Novruz, meyxanaçılar Ehtiram və İntiqam qardaşları da rol alıb.

Qeyd edək ki, filmin ideyası aparıcı Cavid Gülə aiddir. Film barədə danışan aparıcı çəkilişlərin bir neçə rayonda baş tutduğunu bildirib:

“Bu filmdə Afaq Gəncəli özünü oynayır – məşhur aparıcıdır. Mənsur isə onun fanatı olur. Həyatda iki arzusu var: Afaq Gəncəlini birinci dəfə görmək və ikinci dəfə görmək.

Çəkilişlərimiz Gəncə, Göygöl, Şamaxı, İsmayıllı, Bakı və bir neçə rayonda baş tutdu. Altmış gün çəkiliş etmişik”.

Qeyd edək ki, filmdə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da çəkilib.

.
www.ÇıxışYolu.Com