Məşhur hakim Kollina dünya futbolunun rəhbərlərinə yalvardı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina futbolda hakimlərə hücum
etməyin təkcə Türkiyənin problemi olmadığını bildirib və səlahiyyətlilərdən gec
olmadan ölçü götürməyi xahiş edib.
“Bu hadisə (Türkiyədə hakimə hücum hadisəsi) mətbuatda yayılıb, lakin həvəskar
liqalarında, kütləvi futbolda hakimlərlə bağlı medianın diqqətini cəlb etməyən
çoxlu hadisə var. Bu hakimlərin əksəriyyəti gənclərdən ibarətdir. Onların çoxu
sözlü, hətta fiziki hücumlara məruz qalır, özü də onları təhqir edənlər elə çox
vaxt oynayan oğlan və qızların valideynləri olur. Bu qəbuledilməzdir. Bu,
futbolu öldürə biləcək xərçəngdir. Dünyanın hər yerindən futbol liderlərinə
yalvarıram ki, çox gec olmadan nəsə etsinlər. Artıq kifayətdir”, – deyə dünya
futbolunun unudulmaz hakimlərindən Kollina vurğulayıb.
Xatırladaq ki, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca
ölkə çempionatında “Rizəspor”la oyundan sonra meydana qaçaraqhakim Halil Umut
Meleri
hesabı ilə başa çatan “Ankaragücü” – “Rizespor” oyununda hakimin
“Ankaragücü”nün futbolçusu Ali Sounun qolunu saymaması və ikinci hissədə onu
meydandan qovması olub.
Daha sonra F.Koca baş hakim Halil Umut Melerdən, onun ailəsindən, idman
ictimaiyyətindən və xalqdan üzr istəyib, həmçininistefa verdiyini
Mənbə: Haber Global